Ermənistanda Paşinyanın səfəri öncəsi 6 silahlı SAXLANILDI
Ermənistan polisi Eçmiədzində (Üçkilsə) silah-ursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb.
Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Eçmiədzinə səfər edəcək, yerli sakinlərlə görüşəcək. Polis hökumət başçısının səfəri zamanı potensial etirazçıları da saxlayıb.
Ümumerməni katalikosu II Qaregen iqamətgahı Eçmiədzindəki kilsədədir.