Bu ölkədə 2 milyard dollarlıq COVID-19 dərmanları məhv ediləcək

 13:53 11.05.2024     232

Yaponiya hakimiyyəti əvvəllər alınmış ümumi dəyəri təxminən 300 milyard yen (1,93 milyard ABŞ dolları) olan böyük həcmdə COVID-19 dərmanlarını məhv etmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Söhbət “Shionogi” şirkətinin “Xocova”, “Merck” şirkətinin “Lagevrio” adlı dərmalarından, həmçinin “Pfizer” şirkətinin istehsal etdiyi “Paxlovid” tabletlərindən gedir.

Qeyd edilib ki, dərmanların çoxu istifadə olunmayıb və utilizasiya edilməlidir.