Rusiyada beşmərtəbəli bina uçdu

 21:29 11.05.2024     223

Rusiyanın Komi vilayətinin Peçora şəhərində beşmərtəbəli yaşayış binası qismən uçub.

Redaktor.az xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dağıntının səbəbi müəyyənləşdirilir. Hadisə yerində yanğınsöndürmə və xilasedicilər işləyirlər.

Binadan beşi uşaq olmaqla 14 nəfər təxliyə edilib. Məlumata görə, binada yataqxana yerləşib.

Uçqun nəticəsində xəsarət alan olmayıb.