“Fənərbağça” ilə görüşə yollanan komandanın təyyarəsini ildırım vurdu

 22:37 11.05.2024     268

Türkiyə Super Liqasında mayın 12-də səfərdə “Fənərbağça” ilə qarşılaşacaq “Kayserispor”un təyyarəsi Erkilet Hava Limanından İstanbula yola düşüb.

Redaktor.az xəbər verir ki, lakin havaya qalxdıqdan az sonra Türk hava Yolları təyyarəsini ildırım vurub.

Ehtiyat tədbiri olaraq təyyarə Erkilet hava limanına qayıdıb.

Kayserispor mətbuat sözçüsü Samet Koçun sözlərinə görə, təyyarəni iki dəfə ildırım vurub və futbolçular təşvişə düşüblər.

Komandanın sonradan digər təyyarə ilə İstanbula uçduğu bildirilir.