Ermənistanda yanacaqdoldurma məntəqəsində partlayış oldu

 15:58 12.05.2024     207

Ermənistanın Ararat vilayətində yanacaqdoldurma məntəqəsində partlayış olub.

Redaktor.az-ın xəbərinə görə, bu barədə “shamshyan.com” saytı məlumat yayıb.

Hadisə yerinə iki yanğınsöndürmə-xilasedici dəstəsi göndərilib.

Hələlik xəsarət alanlarla bağlı məlumat verilməyib.