Bu gün İrəvanda hakimiyyət əleyhinə növbəti aksiya keçiriləcək
Bu gün Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə növbəti etiraz aksiyası keçiriləcək.
Bu barədə Redaktor.az yerli mətbuata istinadən xəbər verir.
“Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan saat 18:30-da “olduqca vacib mitinqin keçiriləcəyini və aksiya zamanı bir çox vacib mesajların olacağını” deyib. O, bütün erməniləri aksiyaya dəvət edib.
Qeyd edək ki, etirazçılar Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin əleyhinədirlər. Onlar mayın 12-də də aksiya keçiriblər. Aksiya zamanı 12 nəfər saxlanılıb.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. (report)