Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində günlərdir davam edən güclü yağış və daşqınlar nəticəsində ölənlərin sayı 143-ə yüksəlib.
Redaktor.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının açıqlamasında bildirilir.
Mülki Müdafiə Agentliyinin son hesabatına əsasən, təbii fəlakətdən 1, 4 milyondan çox insan zərər çəkib, 125 nəfər itkin düşüb. Eyni zamanda hökumət böhranla mübarizə üçün 12,1 milyard real (2,34 milyard ABŞ dolları) ayırıb.
Rio Qrande-do-Sul ştatının qubernatoru Eduardo Leyte baş verən fəlakəti bölgə tarixindəki ən dəhşətli faciə adlandırıb. Belə ki, ştatın 10,9 milyon əhalisindən 537 mini evlərini tərk etməyə məcbur qalıb.