Qonşu ölkədə güclü zəlzələ oldu

 09:46 13.05.2024     211

Baykal gölünün sularında 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

"Saat 07:07-də ​​Olxonski rayonunun Qremyaçinsk kəndindən 50 km aralıda, Baykal gölünün sularında seysmik hadisə qeydə alınıb. Episentrdə intensivlik 6.0 bal təşkil edib", - məlumatda deyilir.