Dünyanın ən güclü atom elektrik stansiyası işə salınacaq

 12:41 13.05.2024     240

 Yaponiya 10 ildən çox fasilədən sonra 2024-cü ilin payızında dünyanın ən güclü atom elektrik stansiyası olan Kaşivazaki-Karivanın fəaliyyətini bərpa etmək niyyətindədir ki, bu da ölkəyə enerji xərclərini azaltmağa imkan verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg"Bloomberg məlumat yayıb.

2025-ci ilin ikinci yarısına qədər ölkədə müxtəlif atom elektrik stansiyalarında beş reaktor işə salınacaq.

 Eyni zamanda, ekspertlərin fikrincə, nüvə enerjisi istehsalının hazırkı tempi hökumətin məqsədlərinə çatmaq üçün kifayət deyil, buna görə Yaponiyanın nüvə enerjisi 2030-cu ilə qədər ölkənin enerji balansının təxminən beşdə birini təşkil etməlidir.

Humay İSGƏNDƏRLİ