Qonaq getdiyi evdə övladını öldürdü

 12:45 13.05.2024     319

Türkiyənin Mersin şəhərində ağlını itirən ana qonaq olduğu evdə 9 yaşlı uşağını bıçaqlayaraq öldürüb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Mersinin Toroslar rayonunda 42 yaşlı Gülüzar E. adlı qadın qonaq gəldiyi qohumunun evində ağlını itirərək 9 yaşlı oğlu YE-ni qarın nahiyəsindən bıçaqlayıb. Ağır xəsarət alan uşaq aparıldığı xəstəxanada dünyasını dəyişib.

Gülizar E. polis qrupları tərəfindən saxlanılıb.

Qadının psixoloji problemlərinin olduğu iddia edilib.