İrəvanda saxlanılan bütün etirazçılar sərbəst buraxıldı
Bu gün səhər İrəvanda saxlanılan bütün etirazçılar sərbəst buraxılıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, “Vətən uğrunda Tavuş” hərəkatının nümayəndələri və onların tərəfdarları səhər saat 08:00-dan etibarən etiraz aksiyası keçirərək, İrəvanın bir sıra küçələrində nəqliyyatın hərəkətini iflic edib.
Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə hökumət nümayəndəsinin qanuni tələblərini yerinə yetirmədiklərinə görə 156 vətəndaş polis bölmələrinə aparılıb.
Xatırladaq ki, Ermənistanda etirazlar Azərbaycanla delimitasiya prosesinin başlanmasından sonra başlayıb. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyanı istefaya çağırıb. İstefa tələbi cavabsız qalıb, bundan sonra Qalstanyan itaətsizlik aktlarının başladığını və baş nazirə qarşı impiçment prosesinin başladığını elan edib.
T.İSMAYIL