Doqquz yaşlı uşaq əmisi oğlunu tüfənglə öldürdü - FOTO
Türkiyədə doqquz yaşlı uşaqların tüfənglə zarafatı ölümlə nəticələnib.
Redaktor.az xəbər verir ki, faciə Bursa şəhərində yaşanıb.
Bildirilir ki, C.K. adlı üçüncü sinif şagirdi ailəsi ilə birlikdə nənəsinin evinə qonaq gedib. O, otaqların birində əmisi oğlu Miraç Güvenirlə oyun oynayarkən ov tüfəngi tapıb.
C.K. zarafatla tüfəngi Miraç Güvenirə tərəf yönəldib və tətiyi çəkib. Nəticədə güllə Miraçın başına dəyib. Səsə gələn ailə üzvləri uşaqlardan birinin əlində tüfənglə şok vəziyyətində durduğunu, digərinin yerdə qan içində olduğunu görüblər.
Hadisə yerinə polis və təcili yardım çağırılıb. Tibb işçiləri Miraçın öldüyünü təsdiqləyiblər. C.K. polis idarəsinə dindirilmək üçün aparılıb.
Hadisə ilə bağlı istintaq başlanılıb (CNN Türk).