Qərb Ukraynanı dəstəkləmək üçün kifayət qədər iş görmür - Almaniya

 17:46 13.05.2024     219

Qərb ölkələri Ukraynanı dəstəkləmək üçün çox işlər görüblər, amma yetərli deyil.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri, iqtisadiyyat naziri Robert Habek Berlində keçirilən tədbirdə çıxışı zamanı deyib.

“İnanıram ki, biz son iki ildə Ukraynanı dəstəkləmək üçün kifayət qədər iş görməmişik" - deyən nazir hesab edir ki, uğurlar cəbhədəki reallıqla ölçülməlidir.

“Kifayət qədər sursat, kifayət qədər texnika yoxdur və təmir qovşaqları kifayət qədər təchiz olunmayıb. Buna görə də demək lazımdır ki, biz kifayət qədər iş görməmişik", deyə Almaniyanın vitse-kansleri bildirib.

Habek ölkəsinə dəstək üçün “az qala yalvaran” Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətlərini də nümunə kimi göstərib. Nazirin sözlərinə görə, “onu belə bir vəzifəyə qoymaq layiq deyil”.

T.İSMAYIL