Universitetdə qızılca aşkarlandı, dərslər distant təhsilə keçirildi

 19:49 13.05.2024     250

Rusiyada universitetlərin birində qızılca xəstəliyi aşkarlanıb, dərslər mayın 24-dək distant təhsilə keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a universitetdən məlumat verilib.

“Universitetdə mayın 3-də bir nəfər qızılcaya yoluxma faktı qeydə alındığına görə, mayın 14-dən 24-dək distant rejimdə dərslər keçiriləcək”, - məlumatda deyilir.

Qeyd olunur ki, bu format təlimin keyfiyyətinə təsir etməyəcək. 

Yusif EYVAZLI