"Xiaomi" yolsuzluq avtomobili buraxacaq
Çinin "Xiaomi" korporasiyasının ikinci avtomobili "Tesla Model Y" modelinə bənzər yolsuzluq avtomobili olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Şirkət "Super Ultra 7" (SU7) debütündən sonra artıq avtomobil buraxmağı planlaşdırıb.
Gələcək avtomobilin xüsusiyyətləri açıqlanmır, lakin məlumdur ki, avtomobil "Tesla"nın yolsuzluq elektrik avtomobili olan "Model Y"yə demək olar ki, oxşar olacaq.
Yeni avtomobilin kütləvi istehsalına 2025-ci ilin sonunda başlanacaq.
Yusif EYVAZLI