ABŞ və İsrail arasında Rəfahla bağlı yeni görüş baş tutacaq
Yaxın günlərdə Fələstinin Rəfah şəhəri ətrafında vəziyyətlə bağlı ABŞ və İsrail rəsmiləri arasında yeni məsləhətləşmələr keçiriləcək.
Redaktoraz TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
"Mən bunun həftələr deyil, günlər ərzində baş verəcəyini gözləyirəm. Təqvimdə konkret bir tarix açıqlamamışıq. Amma bu, çox da uzaq olmayan gələcəkdə olacaq", – Amerika liderinin müşaviri Rəfahda israillilərlə növbəti görüşün planları barədə sualı cavablandırarkən deyib.
Eyni zamanda, Sallivan qeyd edib ki, söhbət digər məsələlərlə yanaşı, hərbi kəşfiyyat nümayəndələrinin və humanitar yardım mütəxəssislərinin də iştirakı ilə idarələrarası görüşdən gedir.
T.İSMAYIL