Finlandiya Kiyevə yardımı artırmağa çağırdı

 23:55 13.05.2024     265

Finlandiya hökumətinin başçısı Petteri Orpo Rusiyanın xüsusi hərbi əməliyyatı ilə bağlı Ukraynadakı vəziyyəti kritik hesab edir və Kiyevə yardımın artırılmasına çağırır.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

"Ukraynada vəziyyət kritikdir. Söhbət təkcə Ukraynanın təhlükəsizliyi ilə bağlı deyil, həm də öz təhlükəsizliyimizlə bağlıdır. Biz indi hərəkətə keçməliyik. Finlandiya və digər Skandinaviya ölkələri lazım olan müddət ərzində Ukraynanı dəstəkləməyə sadiqdirlər. Mən digər ölkələri də dəstəkləməyə çağırıram. Eyni şeyi edin", - deyə Orpo Stokholmda keçirilən mətbuat konfransında bildirib.

T.İSMAYIL