Müdafiə Nazirliyinin yüksək vəzifəli generalı yatağında həbs edildi

 09:08 14.05.2024     471

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov saxlanılıb.

Redaktor.az bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

“General-leytenant Kuznetsov cinayət törətməkdə şübhəli şəxs qismində saxlanılıb. İşin istintaqı Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən aparılır general barəsində həbs-qətimkan tədbiri seçilib”, - deyə agentlik bildirib.

Rusiyanın hökumətyönlü Telegram kanalları iddia edib ki, Yuri Kuznetsov yatağında saxlanılıb və onun ardınca gələn təhlükəsizlik qüvvələri qəsdən sərt davranıblar. Onlar kadrlar üzrə baş hərbçinin İstradakı mülkünün darvaza və pəncərələrini qırıblar.

Bundan əvvəl, aprelin 24-də Moskvanın Basmannı məhkəməsi xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunan Rusiya müdafiə nazirinin müavini Timur İvanovu saxlayıb. İyunun 23-dək nazir müavininin barəsində həbs-qətimkan tədbiri seçilib. Bir gün sonra məhkəmə İvanovun və qohumlarının daşınmaz əmlakına, aktivlərinə və bank hesablarına həbs qoyub. İvanovla birlikdə onun şəriki olduğu ehtimal edilən Sergey Borodin, həmçinin “Olimpsitistroy” şirkətinin həmtəsisçisi Aleksandr Fomin də həbs edilib.