İrəvanda polis 38 müxalifət fəalını saxladı
Ermənistan polisi Yerevanın küçələrini bağlayan 38 müxalifət fəalını saxlayıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, etirazçılar mərkəzi Saxarov meydanında hökumət binalarının yanındadırlar və xüsusi təyinatlı polis qüvvələri ətraf küçələrin bağlanmasının qarşısını almağa çalışır.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları səhər tezdən İrəvanın mərkəzi küçələrini bağlamağa çalışırlar.
Humay İSGƏNDƏRLİ