Türk konsulunun qatili Sasunyan SAXLANILDI - Anbaan VİDEO
İrəvanda davam edən aksiyalarda ASALA terror təşkilatının üzvü Ambik Sasunyan polis tərəfindən saxlanılıb.
Redaktor.az “Sputnik-Armenia”ya istinadən bildirir ki, onun hara aparıldığı barədə məlumat yoxdur.
Qeyd edək ki, Ambik Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanın qətlinə görə ömürlük azadlıqdan məhrum edilib.
2016-cı ildə isə Kaliforniya Məhkəməsi Ambik Sasunyanın şərti azadlığa buraxılması barədə hökm çıxarıb. Qərar 2019-cu ilin dekabrında icra olunub.