Britaniya İsrailin Qəzzaya humanitar yardım karvanlarına hücumunu pislədi

 17:36 14.05.2024     222

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qəzza zolağına gedən humanitar yardım karvanlarına hücum edən israillilərin hərəkətlərini pisləyib.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün "X" hesabında yazıb. 

"Qəzzaya gedən yardım karvanlarına ekstremistlərin hücumları dəhşətlidir. Qəzzalılar aclıq təhlükəsi ilə üz-üzədir və humanitar yardıma ümidsiz ehtiyac duyurlar. İsrail hücum edənləri məsuliyyətə cəlb etməli və yardımların çatmasını təmin etmək üçün daha çox işlər görməlidir. Mən narahatlığımı İsrail hökumətinin rəsmiləri ilə danışacağam”, - Kemeron bildirib.

T.İSMAYIL