Fransa Ukraynaya yer-hava raketləri verəcək
Paris Kiyevi “Aster” yer-hava raketlərinin yeni partiyası ilə təmin edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Fransa Silahlı Qüvvələr Nazirliyinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, bu vəziyyətdə söhbət “Patriot”un İtaliya-Fransa analoqu olan SAMP-T sistemi üçün hava hücumundan müdafiə raketlərindən gedir.
Bundan əvvəl Almaniya Federal Kansleri Olaf Şolz bildirmişdi ki, NATO müttəfiqləri Ukraynaya altı "Patriot" zenit-raket kompleksi (SAM) verə biləcəklər.
T.İSMAYIL