ABŞ Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcək - XƏBƏRDARLIQ

 21:16 14.05.2024     215

"Xarici agentlər haqqında" qanuna Gürcüstan hakimiyyəti tərəfindən dəyişiklik edilərsə, ABŞ-Gürcüstan strateji tərəfdaşlığı möhkəmlənəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Tiflisdə mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.

“Əgər bu qanun (xarici agentlər haqqında - red.) dəyişdirilərsə və Avropa İttİfaqı standartlarına cavab verərsə, bu, yalnız bizim strateji tərəfdaşlığımızı, əlaqələrimizi gücləndirəcək”, - o bildirib.

Ceyms O`Brayen həmçinin əlavə edib ki, Gürcüstanda demokratiyaya zərbə vurularsa, ABŞ Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcək.

T.İSMAYIL