Putin onları nazir TƏYİN ETDİ

 23:21 14.05.2024     255

Rusiya Federasiyasının Pezidenti Vladimir Putin təhlükəsizlik blokunun nazirlərini və xarici siyasət idarəsinin rəhbərini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə "gazeta.ru" məlumat yayıb.

Putinin sərəncamı ilə Andrey Belousov müdafiə naziri təyin edilib. Vladimir Kolokoltsev və Aleksandr Kurenkov Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin rəhbərləri postlarını qoruyublar.

Nəşr yazır ki, Sergey Lavrov yenidən Xarici İşlər Nazirliyinin rəhbəri təyin edilib, Konstantin Çuyçenko isə Ədliyyə Nazirliyinin rəhbəri olaraq qalıb.

Putin həmçinin Viktor Zolotovu Rusiya Qvardiyasının direktoru, Sergey Narışkini Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, Aleksandr Bortnikovu Federal Təhlükəsizlik Xidmətinin rəhbəri, Dmitri Koçnevi isə Federal Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təsdiqləyib.

Turan İSMAYIL