Rusiyada daha bir general rüşvət almaqda ittiham olunur
Rusiya Müdafiə Nazirliyinin baş kadrlar idarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov Kubanda kottec şəklində rüşvət almaqda ittiham olunur.
Redaktor.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, istintaqa görə, iş adamına himayədarlıq etdiyi üçün Kuznetsov Krasnodar diyarında torpaq sahəsi olan kottec alıb.
Hazırda əmlakın dəyəri müəyyənləşdirilir.
“Kommersant” nəşri iddia edir ki, torpaq sahəsinin dəyəri 7,5 milyon rubl təşkil edir. Kottec demək olar ki, 23 milyon rubla başa gəlir və əmlak Kuznetsovun həyat yoldaşının adına qeydiyyata alınıb.
Bundan əvvəl məlum olub ki, istintaq Rusiya Müdafiə Nazirliyinin həbsdə olan kadrlar idarəsinin rəisi Yuri Kuznetsovun xüsusilə külli miqdarda rüşvət verməkdə şübhəli bilinərək həbs edilən Leva Martirosyanı şəxsən tanıdığını iddia edir.
İstintaq Komitəsinin məlumatına görə, Kuznetsov xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Müstəntiqlərin fikrincə, 2021-2023-cü illərdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi olan Kuznetsov kommersiya strukturlarından rüşvət alıb. Bunun müqabilində onlara kömək edəcəyinə söz verib.
T.İSMAYIL