ABŞ konqresmenləri İsrailə fasiləsiz silah tədarükünün tərəfdarı olublar
ABŞ Konqresinin Nümayəndələr Palatasının Prosedurlar Komitəsi Amerika administrasiyasının İsrailə fasiləsiz silah tədarükünü təmin etməli olduğu qanun layihəsini təsdiqləyib.
Redator.az "TASS"a istinadən xəbər verir ki, sənədi doqquz qanunverici dəstəkləyib, dördü əleyhinə çıxıb.
Layihənin mətnində vurğulanır ki, konqresmenlər ABŞ prezidenti Co Bayden administrasiyasının bəzi silahların İsrailə təhvil verilməsini dayandırmaq qərarını pisləyirlər.
Bildirilir ki, nümayəndələr Palatası tezliklə qanun layihəsini qəbul edə bilər.
Humay İSGƏNDƏRLİ