İsveç Ukraynaya qoşun göndərməyəcək - Amma...

 09:51 15.05.2024     186

İsveç hazırda Ukraynaya hərbi personal göndərmək fikrində deyil, lakin oxşar təklif digər ölkələr tərəfindən müzakirə olunarsa, bu məsələyə baxacaq. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Pol Conson deyib.

"Bu məsələ ilə bağlı fevralda Parisdə keçirilən görüşdə iştirak edən ölkələr arasında] ortaq mövqe yox idi", - deyə o bildirib.

Pol Conson qeyd edib ki, gələcəkdə məsələyə baxıla bilər.

Humay İSGƏNDƏRLİ