Rusların Xarkova hücumu Zelenskinin planını pozdu

 10:05 15.05.2024     185

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində ciddi daxili vəziyyətə görə İspaniya və Portuqaliyaya səfərini ləğv edib.

Redaktor.az xəbər verir ki, bu barədə “CNN Portugal” məlumat yayıb.

Bildirilib ki, Kiyev cəbhə xəttinin bir neçə hissəsində, xüsusən Xarkov vilayətində çətin vəziyyətlə üzləşib. Buna görədə Ukrayna nümayəndə heyətinin xaricə səfəri məqsədəuyğun hesab edilməyib.

Bu arada, İspaniya tərəfi də öz növbəsində monarx VI Filipp və Zelenski arasında mayın 17-nə planlaşdırılan görüşün ləğvi barədə məlumat verib.