Zaxarova bu bəyanatı açıq təhlükə adlandırdı
"Ağ Evin mətbuat katibi Karine Jean-Pierre-in respublikada xarici agentlər haqqında qanun qəbul ediləcəyi təqdirdə ABŞ-ın Gürcüstanla münasibətləri fundamental şəkildə nəzərdən keçirəcəyi ilə bağlı bəyanatı açıq təhlükədir".
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Gürcüstanda xarici agentlər haqqında qanun ətrafında yaranmış vəziyyəti şərh edən diplomat qeyd edib ki, suveren dövlətdə daxili proseslər bu ölkənin və xalqın sırf şəxsi işidir.
Humay İSGƏNDƏRLİ