Blinken Kiyevdə musiqi ifasına görə tənqid edildi

 10:27 15.05.2024     180

ABŞ senatoru Rik Skott ABŞ dövlət katibi Antoni Blinkeni Ukraynadakı barda musiqi ifasına görə tənqid edib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, Rik Skott deyib ki, dünya yanarkən və amerikalılar 221-ci gününü Qəzzada Fələstinin radikal HƏMAS hərəkatının girovluğunda keçirərkən, dövlət katibi vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən səfərlə Ukraynaya gedir.

Qeyd olunur ki, Blinken elan olunmamış səfərlə Ukraynaya gəlib.

“The Washington Post”un yazdığına görə, həmin gün axşam saatlarında Blinken yerli qrupla səhnədə çıxış etdiyi Kiyev musiqi klublarından birinə baş çəkib .

Nəşrin dərc etdiyi videogörüntülərə əsasən, ABŞ dövlət katibi musiqiçilərlə birlikdə Neil Yanqın 1989-cu ildə “Rockin' in the Free World” mahnısını gitarada ifa edib.

Humay İSGƏNDƏRLİ