Pakistan Əfqanıstanla sərhədi bağladı
Pakistan nəzarət-buraxılış məntəqələrinə hücumlardan sonra Əfqanıstanla Cənubi Vəziristanda (şimal-qərbdə, Hayber Paxtunxva əyaləti) sərhədini bağlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Sərhəd mayın 13-də Əfqanıstanın Xost, Paktiya və Nanqarhar əyalətləri ilə həmsərhəd olan Kurram bölgəsində Pakistanın nəzarət-buraxılış məntəqələrinin atəşə tutulmasından sonra yaranmış gərgin vəziyyətə görə bağlanıb.
Ağır silahlardan istifadə edilməklə həyata keçirilən hücum nəticəsində 4 Pakistan təhlükəsizlik işçisi yaralanıb.
Humay İSGƏNDƏRLİ