Kralın portreti müzakirələrə səbəb oldu - Video
Böyük Britaniyada Kral III Çarlzın ilk rəsmi portreti təqdim edilib.
Redaktor.az xəbər verir ki, kral ailəsi portretin görüntülərini öz sosial şəbəkə hesablarında paylaşıb.
75 yaşlı kralın portretinin müəllifi britaniyalı rəssam Conatan Yeodur. Rəsm əsərində monarx Uels qvardiyasının uniformasında təsvir edilib. Portretin təqdimatı Bukingem sarayında baş tutub.
Bununla belə, portret sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilərin əksəriyyəti rəsmin həddindən artıq qırmızı rəngdə olmasına irad bildiriblər.