Kadırov “sağ əli”ni qovdu
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun ən yaxın adamlarından biri hesab olunan Maqomed Daudov Çeçenistan parlamentinin sədri vəzifəsindən istefa verib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı yerli “Qroznı” dövlət telekanalı yayıb.
M.Daudov bildirib ki, o, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla görüşdən sonra bu qərarı verib.
Qeyd edək ki, o, 2015-ci ildən Çeçenistan parlamentinə rəhbərlik edib.