"Fikonun vurulması məni şoka salıb" - Makron
Fransa Prezidenti Emmanuel Makron Slovakiyanın Baş naziri Robert Fikoya qarşı sui-qəsdi pisləyib, ailəsinə və Slovakiya xalqına dəstəyini bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
“Slovakiyanın baş naziri Robert Fikonun vurulması məni şoka salıb, bu hücumu qətiyyətlə pisləyirəm, mənim fikrim və həmrəyliyim onunla, onun ailəsi və Slovakiya xalqı ilədir”, - Makron bildirib.
Fransa lideri mesajını Slovak dilində təkrarlayıb.
T.İSMAYIL