İsrail Livandakı Hizbullahın hərbi bazasına hücum etdi

 21:57 15.05.2024     199

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı Hizbullah hərəkatının Radvan bölməsinin hərbi kompleksinə hücum edib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Qırıcılar Hizbullahın hərbi birləşməsinə, eləcə də Livanın cənubundakı Hizbullah hərbi obyektinə zərbələr endiriblər”, - bəyanatda deyilir.

Yusif EYVAZLI