Slovakiyanın Baş nazirinin əməliyyatı uğurlu keçib, həkimlərlə danışır
Sui-qəsd nəticəsində yaralanmış Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun əməliyyatı uğurlu keçib.
Redaktor.az xəbər verir ki, bu barədə “TA3” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hazırda onun vəziyyəti stabildir, şüurludur və həkimlərlə danışır.
Xatırladaq ki, bu gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.