ABŞ ordusu Qəzza zolağında müvəqqəti körpü qurur

 11:04 16.05.2024     184

ABŞ ordusu Qəzza zolağında müvəqqəti körpü  quraşdırıb.

Redaktor.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının X-dəki hesabında məlumat yayılıb.

"Fələstinlilərə humanitar yardımın çatdırılmasını təmin etmək üçün çalışan ABŞ Mərkəzi Komandanlığının şəxsi heyəti Qəzza zolağının sahilində müvəqqəti estakadanın təhlükəsizliyini təmin edib”, - deyə məlumatda bildirilir.

Humay İSGƏNDƏRLİ