Yeni Kaledoniyada 2 aksiyaçını öldürən şəxs saxlanıldı
Yeni Kaledoniyada polis adanın müstəqilliyi tərəfdarlarının təşkil etdiyi aksiyalar zamanı iki nəfəri öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Redaktor.az “France 2” telekanalına istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen məlumat verib.
“Məndə olan məlumata görə, xoşbəxtlikdən, bundan başqa ölüm halları qeyd alınmayıb. Eyni zamanda, polis iki kanakın ölümünə səbəb olan şəxsi saxlayıb”, - o vurğulayıb.
Qeyd edək ki, Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti komendant saatı tətbiq edib və kütləvi tədbirləri qadağan edib.