İtkin düşən şəxs 27 il sonra qonşunun zirzəmisindən tapıldı - VİDEO

 18:02 16.05.2024     297

Əlcəzairdə 17 yaşında itkin düşən şəxs 27 ildən sonra tapılıb.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,17 yaşında itkin düşən və öldüyü zənn edilən Omar bin Omran 27 il sonra sağ-salamat tapılıb. 

Belə ki,Omarın qardaşı polisə gedərək Omarın şübhələndiyi qonşusunun zirzəmisində gizlədildiyini bildirib.

Evdə axtarış aparan polis Omarı tapıb.

61 yaşlı ev sahibi isə həbs edilib.