Rusiya britaniyalı diplomatı ölkədən qovdu

 18:58 16.05.2024     212

Böyük Britaniya səfirliyinin nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rusiya attaşesinin Londondan qovulması ilə bağlı etiraz bildirilib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya cavab tədbiri olaraq Britaniyanın hərbi attaşesini Moskvadan qovub. Britaniya hərbi attaşesi bir həftə ərzində Rusiyanı tərk etməlidir.

"Rusiyanın cavab tədbirləri təkcə britaniyalı diplomatın ölkədən çıxarılması ilə məhdudlaşmır, Moskva gələcək addımlar barədə Londonu məlumatlandıracaq", - Rusiya Xarici İşlər Nazirliyi bəyan edib.

Turan İSMAYIL