Türkiyə Gürcüstandakı siyasi proseslərə münasibət bildirdi
Türkiyə Gürcüstandakı siyasi proseslərin gürcü xalqının xeyirinə nəticələnəcəyinə ümid edir.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuat konfransı zamanı bildirib.
O, həmçinin, ölkəsinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini də qeyd edib.