Yeni Kaledoniyalılar ərzaq qıtlığı ilə üzləşirlər

 21:08 16.05.2024     210

Yeni Kaledoniyada bir çox supermarket və hipermarketlərin iğtişaşçılar tərəfindən talan edilməsi səbəbindən ərzaq qıtlığı yaşanır. BFMTV-nin 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, mağazalarda böyük növbələr düzülüb.

Piştaxtalarda süd, çörək və digər ərzaq məhsulları praktiki olaraq olmadığı halda insanlar bir neçə saat növbə gözləməyə məcbur olurlar.

Bəzi supermarketlər məhdudiyyətlər tətbiq ediblər. Bir dəfəyə 10-dan çox adamı içəri buraxmırlar və eyni kateqoriyadan ikidən artıq məhsulun alınmasına icazə vermirlər. Bundan əlavə, spirtli içkilərin və siqaretlərin satışı qadağandır.

Yusif EYVAZLI