Türkiyə Polşaya altı “Bayraktar” verdi

 21:49 16.05.2024     194

Polşa Türkiyə ilə 2021-ci ilin may ayında imzalanmış müqavilə əsasında son altı "Bayraktar TB2" pilotsuz uçuş aparatını alıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəis müavini Pavel Beyda bildirib.

“Bu, Türkiyənin "Bayraktar TB2" pilotsuz təyyarələrinin əvvəllər sifariş edilmiş tədarüklərinin sonuncusudur – müqavilə Polşa Hərbi Hava Qüvvələrini gücləndirəcək dörd dəst pilotsuz uçuş aparatının (bir dəstdə altı cihaz daxildir) alınmasını nəzərdə tuturdu”, – Beyda bildirib.

Yusif EYVAZLI