Çin lideri Putinlə sıx əlaqə saxlamağa hazır olduğunu bəyan etdi

 22:11 16.05.2024     194

Çin iki ölkə arasında sabit münasibətləri inkişaf etdirmək üçün Rusiya Prezidenti Vladimir Putinlə sıx əlaqə saxlamağa hazırdır.

Redaktor.az “Sinxua” agentliyinə sitinadla xəbər verir ki, bu sözləri Çin Prezidenti Si Cinpin iki liderin qeyri-rəsmi görüşündə deyib.

Si Cinpin Çin-Rusiya münasibətlərinin inkişaf istiqamətlərinin birgə müəyyən edilməsinin vacibliyini vurğulayıb. O, uzunmüddətli perspektivlərə nail olmaq üçün yeni dövrün gəldiyini elan edib.

Turan İSMAYIL