Deputat Yeni Kaledoniyada Fransanın əsl maraqlarını AÇIQLADI

 22:58 16.05.2024     210

"Fransa Yeni Kaledoniyanın taleyindən narahatdır, çünki o, bu xarici ərazisini itirməkdən qorxur".

Redaktor.az xəbər verir ki, bunu "news.ru"ya müsahibəsində Rusiya Dövlət Dumasının Ekologiya, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Komitəsinin üzvü Cəmaləddin Həsənov bildirib.

O xatırladıb ki, ada dünyanın ən böyük nikel ehtiyatlarından birinə malikdir.

"Paris üçün Yeni Kaledoniya itirmək istəmədiyi mühüm koloniyadır. Eyni zamanda, adada hər dördüncü insan yoxsulluq həddinin altında yaşayır. Fransa özünü Hind-Sakit Okean dövləti hesab edir, burada hərbi bazaları yerləşir. Bu gün isə Hind-Sakit okean regionu qlobal iqtisadi inkişafın əsas nöqtəsinə çevrilir”, - deyə parlamentari vurğulayıb.

O əlavə edib ki, adaya nəzarətin itirilməsi həm Fransa Prezidenti Emmanuel Makron, həm də bütövlükdə bütün Beşinci Respublika üçün ciddi zərbə olacaq.

Xatırladaq ki, mayın 13-dən etibarən Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərində seçki korpusunun genişləndirilməsi ilə bağlı Fransa qanun layihəsindən narazı olanlar tərəfindən etiraz aksiyaları keçirilir. O, adada yaşayan hər kəsə səsvermə hüququ verir. Əvvəllər bunu yalnız Yeni Kaledoniya vətəndaşları edə bilərdi. Mitinqlər dükanların və yanacaqdoldurma məntəqələrinin talan edilməsi və yandırılması ilə nəticələnib.

Nazirliklərarası böhran iclasının açılışında Fransanın Baş naziri Qabriel Attal adaya əsgər göndəriləcəyini açıqlayıb. Onun sözlərinə görə, belə bir tədbir yerli limanların və hava limanının “təhlükəsizliyini təmin etmək” üçün lazımdır.

Turan İSMAYIL