Pentaqon Kiyevin ABŞ silahlarından istifadəsinə dair mövqeyini açıqladı
ABŞ Kiyevin Rusiya ərazisindəki hədəfləri vurmaq üçün Amerika silahlarından istifadə etməməsi ilə bağlı mövqeyini dəyişməyib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq deyib.
“Biz mövqeyimizi dəyişməmişik”, - deyən Sinq, Rusiyanın Xarkov bölgəsinə hücumu fonunda Vaşinqtonun öz fikrinə yenidən baxıb-baxmaması ilə bağlı sualı cavablandırıb.
Eyni zamanda, o, ABŞ və müttəfiqləri tərəfindən ötürülən silahlardan Ukraynanın suveren ərazisini qaytarmaq üçün istifadə etməli olduğunu vurğulayıb.
T.İSMAYIL