"ABŞ hakimiyyəti oturduğu budağı kəsir” - Putin

 15:09 17.05.2024     221

Amerika hakimiyyəti Rusiyaya qarşı maliyyə məhdudiyyətləri tətbiq etməklə özlərinə düzəlməz ziyan vurur, “oturduğu budağı kəsir”.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.

“Birləşmiş Ştatlardakı hakimiyyətlər siyasi səbəblərdən dollara inamı sarsıtdığına görə, onlar öz güclərinin əsas, əsas, ən mühüm alətini – özləri oturduqları dolları zəiflədirlər. Bu dəhşətli axmaqlıqdır, amma dayana bilmirlər”, - Putin ABŞ-nin Rusiya ilə hesablaşmalarda tətbiq etdiyi məhdudiyyətlərə münasibət bildirib.

Eyni zamanda, dövlət başçısı mövcud vəziyyətlə bağlı üstünlükləri də qeyd edib. “Bir ölkənin maliyyə və iqtisadi alətlərdən istifadə edərək, dünyanın qalan hissəsinə öz iradəsini diktə etdiyi bu vəziyyət qəbuledilməzdir. Yalnız dollarla ehtiyatların həcminə baxmaq lazımdır ki, bütün dünya buna reaksiya verir”, - deyə Putin bildirib.

O, həmçinin milli valyutalarda hesablaşmalara keçidi və digər ölkələrlə hesablaşmalar üçün digər alətlərin yaradılmasını düzgün proses adlandırıb. “Bu proses davam edir, onu daha dayandırmaq olmaz”, - Rusiya lideri vurğulayıb.

Turan İSMAYIL