"Fiko bu gün əməliyyat olunub, lakin..." - AÇIQLAMA
Slovakiyanın Baş naziri Robert Fiko bu gün əməliyyat olunub, lakin onun vəziyyəti hələ də ağırdır.
Redaktor.az "Reuters" agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak məlumat verib.
O əlavə edib ki, həkimlərə baş nazirin sağaldığını dəqiq söyləmək üçün bir neçə gün lazım olacaq.
T.İSMAYIL