Daha bir ölkədə Rusiya casusları SAXLANILDI
Latviyanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən iki nəfəri saxlayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb.
Onun sözlərinə görə, şübhəlilər mayın 13-də saxlanılıblar.
Məlumata görə, onlar başqa dövlətə və ya xarici təşkilata ötürmək üçün açıqlanmayan məlumatlar toplayıblar.