Rusiyada Baş nazirin müavini dələduzluğa görə SAXLANILDI

 17:39 17.05.2024     209

Moskvada Altay diyarının baş nazirinin müavini dələduzluqla bağlı həbs edilib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsinin məlumat yayıb.

"Moskvanın Lefortovo Rayon Məhkəməsinin qərarı ilə İvan Vladimiroviç Kibardin barəsində 1 ay 29 gün müddətinə, yəni 2024-cü il iyulun 15-dək həbs qətimkan tədbiri seçilib", - deyə məlumatda bildirilib.

Məhkəmə aydınlaşdırıb ki, Kibardin xüsusilə külli miqdarda dələduzluğa cəhddə ittiham olunur (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi). 

Humay İSGƏNDƏRLİ